"Şanxay Şenxua"nın hücumçusu Demba Ba yenidən Türkiyəyə qayıtmağa hazırlaşır. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Beşiktaş" və "Göztəpə"nin sabiq forvardı "Qalatasaray"ın fomasını geyinməyə çox yaxındı.

Qış fasiləsində iki hücumçu transfer etməyi planlaşdıran "cim-bom" seneqallı oyunçu ilə ortaq məxrəcə gəlib. Seneqallı futbolçu 5 aylıq icarə qarşılığında 1,3 milyon avro maaş almağa razılıq verib. Həmçinin çin klubu onu yaya qədər pulsuz icarəyə vermək təklifini müsbət cavablandırıb. Ancaq İstanbul nəhəngi Baya gözləməyi tapşırıb. çünki klub digər namizədlərlə də danışıqlar aparır.

Qeyd edək ki, Demba Ba artıq 3 ildi ki, "Şanxay Şenxua" ilə Türkiyə klublarını dəyişməklə məşğuldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest