Türkiyə Superliqasında bu mövsümdən istifadə edilən VAR sistemi ölkədə heç də birmənalı qarşılanmayıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, azarkeşlər hakimlərin bu sistemdən düzgün yararlanmadıqlarını iddia edirlər.

ümumiyyətlə, videotəkrarın köməkliyi ilə cari mövsümdə Superliqada bir çox qərarlar dəyişdirilib, qollar ləğv edilib, penaltilər təyin olunub. Bəs VAR-dan istifadə edilməsəydi, Superliqada 17 turdan sonra vəziyyət necə olardı?

VAR-la və VAR-sız turnir cədvəllərini müqayisə etsək, bu sistemin ən çox "Başakşəhər"ə kömək etdiyini görərik. çünki İstanbul təmsilçisi ilk dövrədən sonra ən yaxın izləyicilərindən 6 xal öndədi. Əgər VAR olmasaydı, hazırda bu fərq 2 xal idi və ikinci pillədə "Qalatasaray" qərarlaşardı.

Bu sistem Superliqada tətbiq edilməsəydi, "Trabzonspor" indi 4-cü, "Beşiktaş" 9-cu, "Fənərbaxça" isə 18-ci sırada olardı.

VAR "Fənərbaxça"ya 4, "Beşiktaş", "Trabzonspor" və "Başakşəhər"ə 1 xal qazandırıbsa, "Qalatasaray"ın əlindən 3 xal alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest