Turun mərkəzi görüşü Münhendə keçirilib. Lider "Bavariya" bu tur çərçivəsində Dortmund "Borussiya"sını qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi inamlı qələbəyə sevinib.

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Turnir cədvəlinin üçüncü sırasında yer alan "Volfsburq" səfərdə "Hoffenhaym"la qarşılaşıb və məğlubiyyətlə üzləşib. "Leyptsiq" isə "Frayburq"un qonağı olub və darmadağınla qalib gəlib.
 
Turun mərkəzi görüşü Münhendə keçirilib. Lider "Bavariya" bu tur çərçivəsində Dortmund "Borussiya"sını qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi inamlı qələbəyə sevinib.
 
Almaniya Bundesliqası
24-cü tur
5 mart
 
Şalke – Maynts 0:0
 
6 mart
 
Borussiya (Münhenqladbax) – Bayer 0:1
Qol: Şik, 77.
 
Ayntraxt – Ştutqart 1:1
Qol: Kostiç, 69 – Kaladziç, 68.
 
Frayburq – Leyptsiq 0:3
Qol: Nkunku, 41. Sorlot, 64. Forsberq, 79.
 
Herta – Auqsburq 2:1
Qol: Pyontek, 62. Lukebakio, 89-pen – Benes, 2.
 
Hoffenhaym – Volfsburq 2:1
Qol: Baumqartner, 8. Kramariç, 41 – Veqorst, 23.
 
Bavariya – Borussiya (Dortmund) 4:2
Qol: Levandovski, 26; 44-pen; 90. Qoretska, 88 – Haland, 2; 9.
 
7 mart
 
18:30. Köln – Verder
21:00. Arminiya – Union Berlin

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest