Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Dənizlispor" "Yeni Malatyaspor"u qəbul edib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Turnir cədvəlinin ikincisi "Beşiktaş"ın rəqibi "Qaziantep" olub. İstanbul təmsilçisi də turu qələbə ilə başa vurub.
 
Türkiyə Super Liqası
29-cu tur
6 mart
 
Dənizlispor – Yeni Malatyaspor 3:2
Qol: Rodalleqa, 31. R.Niyaz, 44. Saçko, 80 – Mallan, 16. Tetteh, 77.
 
Beşiktaş – Qaziantep 2:1
Qol: Abubakar, 15; 72 – Dikko, 90-pen.
 
7 mart
 
14:30. Fatih Karagümrük – Ankaragücü
17:00. Hatayspor – Kayserispor
17:00. Gənclərbirliyi – Başakşəhər
20:00. Qalatasaray – Sivasspor
 
8 mart
 
17:00. Trabzonspor – Alanyaspor
17:00. Antalyaspor – Kasımpaşa
20:00. Göztəpə – Ərzurumspor
20:00. Konyaspor – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest