Portuqaliyanın “Sportinq” klubunda baş məşqçi Ruben Amorimin müqaviləsinin müddəti artırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, 36 yaşlı mütəxəssislə yeni sözləşmənin 2024-cü ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.
 
Amorim ötən ilin martından “Sportinq”i çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Portuqaliya Premyer Liqasında 58 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest