Ötən mövsümün sonunda "Neftçi"dən qovulan Lukas Qomes, nəhayət ki, özünə komanda tapıb. Argentinalı hücumçu Venesuelaya qayıdıb.

ötən mövsümün sonunda "Neftçi"dən qovulan Lukas Qomes, nəhayət ki, özünə komanda tapıb. Matç.az saytının Venesuela mətbuatına istinadən məlumatına görə, argentinalı hücumçu bu ölkəyə qayıdıb.

Azərbaycandan getdikdən sonra 6 ay klubsuz qalan Qomes "Deportivo Taçira" klubu ilə müqavilə bağlayıb. Klub 31 yaşlı forvardla 1 illik saziş imzalandığını rəsmən bəyan edib.

Qeyd edək ki, Lukas Qomes "Neftçi"yə 2018-ci ilin yanvarında Venesuelanın digər klubu "Deportivo Lara"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest