Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
“Turan Tovuz” “Neftçi”nin əvəzediciləri ilə oyunda bir xala razı olub. Nəticədə, Tovuz təmsilçisi liderliyi əldən verib.
 
“Sabah”ın əvəzedici komandası isə “Qaradağ Lğkbatan”a uduzub. Halbuki, bu oyunda “Sabah”ın əsas komandasının hücumçusu Ramil Şeydayev də əvəzedicilərə kömək edib. Lakin o, nəinki bu görüşdə komandasına kömək edib, əksinə qırmızı vərəqə almaqla “Sabah”ı azlıqda qoyub.
 
Birinci Divizion
16-cı tur
6 mart
 
Turan Tovuz – Neftçi-2 2:2
Qol: Elçin Qasımov, 44. Nurlan Şabanov, 78 – Asim Əlizadə, 45+1-pen. İsmayıl Zülfüqarlı, 65.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 13:00.
 
Sabah-2 – Qaradağ Lökbatan 1:2
Qol: Kamran Quliyev, 17 – Sabir Allahquliyev, 75. Əbdulkərim Ağamalıyev, 83.
Qırmızı vərəqə: Ramil Şeydayev, 63 (“Sabah-2”).
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.
 
Turun digər oyunları:
 
MOİK – Keşlə-2 3:3
 
Zaqatala – Sumqayıt-2 2:0
 
Qarabağ-2 – Kəpəz 1:1
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest