İngiltərə çempionu "Liverpul" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ozan Kabak zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 29-cu turu çərçivəsində "çelsi" ilə keçirilən (0:1) matçda zədələnən türk futbolçu 27-ci turun "Fulhem"lə görüşünü buraxacaq.
 
Martın 7-də keçiriləcək "Liverpul" – "Fulhem" matçına saat 18:00-da start veriləcək.
 
Qeyd edək ki, "Liverpul" Ozan Kabakı bu qış Almaniyanın "Şalke" klubundan icarəyə götürüb. O, İngiltərə klubunda indiyə qədər 5 oyuna çıxıb, 450 dəqiqə meydanda olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest