Syerra Leonedə "Makari" komandasının 9 futbolçusu və 1 məşqçisi avtomobil qəzası nəticəsində vəfat edib.
 
Matc.az xəbər verir ki, hadisə Bombali bölgəsində qeydə alınıb.
 
Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusdakı 30 nəfərin 10-u dünyasını dəyişib. Digərlərinin də vəziyyəti ağırdır və yerli xəstəxanalardan birində müalicə olunurlar.
 
FİFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest