Sabah Bakı İdman Sarayında növbəti oyununa çıxacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
 
Matc.az xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub.
 
Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə bu futzalçıların xidmətindən istifadə edəcək:
 
Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov;
 
Oyunçular: Bolinya, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassura, Amir Şocaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Arauxo, Hadi Ahmadi, Eduardo Borges.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest