Almaniyanın “Şalke” klubunun yeni baş məşçqisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Dimitrios Qrammozis çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı yunan mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
 
O, bu postda bir neçə gün öncə istefaya göndərilən Kristian Qrossu əvəz edib. Onun istefasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. “Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplaya bilib. Komanda 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Qrammozis daha öncə Almaniyada “Boxum” və “Darmştadt” klublarını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest