Futbol üzrə İtaliya A Seriyasının 25-ci turunun açılış matçı – “Latsio” – “Torino” oyunu baş tutmayıb.
 
Matc.az xəbər verir ki, buna Turin təmsilçisində koronavirusa kütləvi yoluxma səbəb olub.
 
İtaliya mətbuatının yazdığına görə, “Torino”da 8 futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Onların hamısı karantindədir. Bu üzdən də Turin rəhbərliyi komandanın paytaxt Romaya yollanmasına icazə verməyib. Bu üzdən “Torino”ya texniki məğlubiyyət veriləcəyi və 1 xalının silinəcəyi iddia olunur. Lakin turinlilər apellyasiya şikayəti verməklə bu cəzadan qurtula biləcəklər. Hansı ki, bu mövsümün əvvəlində “Napoli” də “Yuventus”la səfər matçına oxşar səbəblərdən gedə bilməmiş və texniki məğlubiyyətlə üzləşmişdi. Lakin Neapol klubu apellyasiya şikayəti verməklə texniki məğlubiyyətin ləğvinə nail olmuşdu. “Torino”nun da “Latsio” matçının aprelin 7-də keçiriləcəyi ehtimal olunur.
 
Qeyd edək ki, “Torino”nun A Seriyasının 24-cü turu çərçivəsində “Sassuolo” ilə matçı da oxşar səbəbdən təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest