Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada rəsmi oyunlarda ən çox qol vuran futbolçuların siyahısını hazırlayıb.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk sırasında Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo yer alıb.
 
36 yaşlı futbolçunun aktivində 766 qol var. İkinci sırada 765 qolla Braziliya yığmasının və “Santos”un sabiq futbolçusu Peledir. İlk üçlüyü isə 753 qol vuran braziliyalı Romario tamamlayır.
 
“Barselona”nın kapitanı Lionel Messi siyahıda 729 qolla 4-cü pillədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest