Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Qəbələ" - "Sumqayıt" oyununda "Qəbələ"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
"Sabah" - "Keşlə" oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
"Zirə" - "Neftçi" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
Birinci Divizionun 14-cü turunun "Turan Tovuz" – "Qaradağ Lökbatan" oyununda "Turan Tovuz"un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest