Yanvarın 7-də təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq "Qarabağ"ın yoxlama görüşündə üz-üzə gələcəyi daha bir rəqib bəlli olub. Ağdam təmsilçisi Rumıniya komandası ilə qarşılaşacaq.

Yanvarın 7-də təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq "Qarabağ"ın yoxlama görüşündə üz-üzə gələcəyi daha bir rəqib bəlli olub. Matç.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi bu ölkənin komandası ilə qarşılaşacaq.

Belə ki, Azərbaycan çempionu "Botoşani" ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş yanvarın 12-nə planlaşdırılıb ki, bu, hər iki komandanın toplanış çərçivəsində ilk hazırlıq matçı olacaq. Qarşılaşma yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.

Qeyd edək ki, Antalyada 3 həftəlik toplanış keçəcək "Qarabağ" yanvarın 23-də "Pyast"ı (Polşa) sınağa çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest