çinin "Jiangsu Suning" futbol klubu fəaliyyətini dayandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib.
 
"Jiangsu Suning"in fəaliyyətini dondurmasına maliyyə problemləri səbəb göstərilib: "Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən "Jiangsu Suning" öz komandalarının fəaliyyətinə son qoyur".
 
Qeyd edək ki, klubun azı 90 milyon dollar borcunun olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest