"Mançester Siti"nin yarımmüdafiəçisi Braim Dias karyerasını "Real"da davam etdirəcək. Matç.az xəbər verir ki, bu barədə məlumatı "Marca" yayıb.

Bildirilir ki, klublar arasında danışıq artıq müsbət nəticələnib. 18 yaşlı oyunçunun "şəhərlilər"lə müqavilə müddəti gələn ilin yayına qədərdi. Razılığa əsasən, "Real" qarşı tərəfə 15 milyon avro ödəyəcək. Dias yeni komandası ilə 6 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 3,5 milyon avro təşkil edəcək. Gələn həftə transferin rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Braim Dias bu ilin yanvarından "Mançester Siti"nin əsas komandası ilə məşqlərdə iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest