Xayme Romero "Qarabağ"ın heyətində 10-cu qoluna imza atıb. Matc.az xəbər verir ki, onun yubileyi Premyer Liqanın XVII turuna təsadüf edib.

İspaniyalı  "Səbail"lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme "Qarabağ"ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub. "Azersun Arena"dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də "Zirə" ilə səfər matçında (6:0) fərqlənib.
 

Qeyd edək ki, Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi "Dandolk"la çempionlar Liqasının ev görüşündə (3:0) vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest