Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də "Qəbələ"nin U-19 komandasına qarşı keçirəcək.

Tovuzda "Turan Tovuz" Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "Turan Tovuz"la oyun millimizin 2:0 hesablı qələbəsilə başa çatıb.
 
U-17-nin qollarını Nahid Əliyev və Sənan Ağalarov vurub.
 
Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də "Qəbələ"nin U-19 komandasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest