ABŞ-ın "Monreal İmpakt" klubunun baş məşqçisi Tyerri Anri istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
43 yaşlı fransız mütəxəssisin ailəvi məsələlərlə əlaqədar ayrılıq qərarı aldığı diqqətə çatdırılıb.
 
Anri klubun mətbuat xidmətinə açıqlamasında istefasını belə şərh edib: "ötən il mənim üçün çox ağır keçdi. Dünya miqyasındakı pandemiya səbəbindən uşaqlarımı görə bilmədim. Bu ayrılıq uşaqlarım və mənim üçün çox çətindir. Bu səbəbdən Londona qayıtmaq məcburiyyətindəyəm".
 
Qeyd edək ki, Anri futbolçu karyerasını başa vuran sonra "Arsenal"ın aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamış, daha sonra Belçika yığmasında köməkçi məşqçi kimi çalışmışdı. 2018-ci ildə "Monako"ya baş məşqçi təyin olunan fransız mütəxəssis, 2019-cu ildən "Monreal İmpakt"ı çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest