İtaliyanın "İnter" klubunun beş üzvündə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"İnter"də iki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Marotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyətin bir üzvünün testinin nəticəsi müsbət çıxıb. Adıçəkilən şəxslərin hamısı karantinə alınıb.
 
"İnter" İtaliya A Seriyasında bu mövsüm keçirdiyi 23 oyunda 53 xal toplayıb və 20 kollektiv arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest