"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu bizim çətin duruma saldı. Buna baxmayaraq oyunda qalib gəldik.
 
3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Qarşıdakı oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm.
 
"Qarabağ"ın xal itirməsi oyunumuza təsir etməyib. Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda həddindən artıq çətin durumda idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi.
 
Elmar Baxşıyevin fikirləri ilə razıyam. Bəlkə də bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qələbə" olsun".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest