PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo qış fasiləsində "Barselona"ya keçə bilər. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, bunun üçün Kataloniya klubu qarşı tərəflə danışıqlara başlayıb.

Paris təmsilçisində əsas komandadan uzaqlaşdırılan Rabyo mövsümün sonunda azad agent kimi "Barsa"nın formasını geyinəcək. Ancaq ispanlar onu yanvardan heyətə cəlb etməyi planlaşdırırlar. Bu məqsədlə La Liqa klubu fransızlara 5 milyon avro təklif edib.

Rabyonun özü isə "Barselona"da ilinə 10 milyon avro maaş alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest