Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran “Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın “Nasional” klubunun qapıçısı Daniel Martins Gimaraeşi transfer etmək istəyir.

Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycanda çıxış edə bilər. Onun “Nasional”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Qeyd edək ki, 2017-ci ildən “Nasional”ın formasını geyinən Gimaraeş cari mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda qapısından 19 qol buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest