"Ştutqart"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Markus Veynzerllə anlaşıb.

43 yaşlı yerli mütəxəssis yeni komandası ilə 2020-ci ilin yayına qədər müqavilə imzalayıb. Komandanı məşqlərə sabahdan etibarən məhz Veynzerl çıxaracaq.

Qeyd edək ki, 5 xalla Bundesliqada son pillədə qərarlaşan "Ştutqart" iki gün əvvəl Tayfun Korkutla yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest