"Real"ın yarımmüdafiəçisi İsko komandasını dəyişməyə hazırlaşır. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu bu ölkəyə köçməyə yaxındı.

çünki "Yuventus" 26 yaşlı oyunçunun xidmətində maraqlıdı. "Qoca sinyora" qış fasiləsində onu heyətə qatmaq niyyətindədi. İspaniya millisinin üzvü yeni baş məşqçi Santyaqo Solarinin planlarına daxil olmadığından, transferi gözlənilir. Klublar arasında danışıqlara start verilib. Lakin İskonun digər Avropa nəhənglərinin də maraq dairəsində olması "Yuve"nin işini çətinləşdirir.

Qeyd edək ki, İsko bu mövsüm ümumilikdə 18 oyunda meydana çıxıb, 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest