Baş məşqçi postuna Santyaqo Solarini gətirən "Real" hələ də axtarışlarını davam etdirir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" "Mançester Yunayted"dən qovulan Joze Mourinyonun xidmətində maraqlıdı.

Mövsümün sonuna qədər dincəlmək qərarına gələn portuqaliyalı gələn yay məhz İspaniya nəhənginə dönə bilər. Bu ehtimal isə komandanın kapitanı Serxio Ramosu narahat etməyə bilməz. Mou hələ "Real"da olarkən Ramosla yola gedə bilmir, cütlük arasında tez-tez mübahisələr düşürdü. Həmkarlarımızın iddiasına görə, klub Mourinyonu geri qaytarsa, Ramos rəhbərlikdən ayrılması üçün icazə istəyəcək.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest