"Kyevo"da baş məşqçi istefası reallaşıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, komandanın çalışdırıcısı Lorentso Dannanın müqaviləsinə xitam verilib. Buna səbəb komandanın mövsümə uğursuz start götürməsidi. Rəhbərlik vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.

Qeyd edək ki, "Kyevo" 46 yaşlı mütəxəssisin rəhbərliyi altında A seriyasının geridə qalan 8 turunda cəmi 2 xal toplaya bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest