"Barselona"nın yarımmüdafiəçisi Denis Suares klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, nadir hallarda meydana çıxan 24 yaşlı orta sahə oyunçusu bununla bağlı rəhbərliyə müraciət edib.

Suares artıq ilk təklifini də alıb. Belə ki, "Monako" onun xidmətində maraqlıdı. Knyazlıq klubu qış fasiləsində yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə gəlib. Həmçinin kataloniyalılar da oyunçusunu satmağı planlaşdırır.

Qeyd edək ki, Denis Suares bu mövsüm La Liqada cəmi 1 matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest