Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev həbs olunub. Matç.az saytı xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döyən oyunçular polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hücumçu Aleksandr Kokorin "Zenit"in, yarımmüdafiəçi Pavel Mamayev isə "Krasnodar"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest