ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"yə məğlubiyyət (0:1) "Neftçi"nin düşərgəsində gərginliyi artırıb. Matc.az xəbər verir ki, klub prezidenti Kamran Quliyevlə baş məşqçi Samir Abasov arasında ciddi problem yaranıb.

Oyundan sonra Quliyev paltardəyişmə otağına gələrək, futbolçularla söhbət etmək istəyib. Amma Abasov prezidenti və onunla bərbər gələnləri içəri buraxmayıb. O, "görürsən ki, özüm onlarla danışıram" deyərək, qapını rəsmilərin üzünə bağlayıb.

Belə götürsək, bu, Quliyevi təəccübləndirməməlidir. Hər halda,  Abasov onunla şərti şumda kəsib.

ötən ilin noyabrında "Neftçi"nin "sükanı arxası"na keçən mütəxəssis bildirmişdi ki, komanda üzərində söz sahibi özüdür və paltardəyişmə otağının sahibliyi də ona məxsusdur.

Görünür, Quliyev bu razılaşmanı unudub və hazırkı baş məşqçini Roberto Bordinlə səhv salıb. Sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest