"Qaziantepspor"un hesabından 6 xal silinib və kluba transfer qadağası qoyulub. Xəbəri klubun prezidenti Hasan Şahin də etiraf edib.

FİFA türk klubuna ağır cəza verib. Matç.az saytının məlumatına görə, "Qaziantepspor" ali futbol qurumunun qəzəbinə tuş gəlib.

Hazırda TFF 2-ci liqada mübarizə aparan klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi onlara baha başa gəlib.

"Qaziantepspor"un hesabından 6 xal silinib və kluba transfer qadağası qoyulub. Xəbəri klubun prezidenti Hasan Şahin də etiraf edib.

Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illər aralığında "Qaziantepspor"da forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest