Artıq rəqiblərdən 3-ü məlumdur. Tərlan Əhmədovun komandası yanvarın 17-də "Okjetpes" (Qazaxıstan,1-ci liqa), 23-də "Konkordia" (Rumıniya, 1-ci liqa), 25-də isə "Çertanovo" (Rusiya, Moskva, MFL) ilə üz-üzə gələcək.

"Keşlə"nin qış hazırlıq planlarının detalları bəlli olub. Matç.az klubun saytına istinadən xəbər verir ki, komanda qış hazırlığına ilk olaraq Bakıda start verəcək.

İkinci mərhələdə Türkiyənin Antalya şəhərinə yollanacaq paytaxt təmsilçisinin ümumi hazırlığı yanvarın 12-dən start götürəcək. Proses 26 yanvar tarixində başa çatacaq.

Türkiyə toplanışı çərçivəsində "Keşlə" 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Artıq rəqiblərdən 3-ü məlumdur. Tərlan Əhmədovun komandası yanvarın 17-də "Okjetpes" (Qazaxıstan,1-ci liqa), 23-də "Konkordia" (Rumıniya, 1-ci liqa), 25-də isə "çertanovo" (Rusiya, Moskva, MFL) ilə üz-üzə gələcək.

Yanvarın 20-nə planlaşdırılan görüşdəki rəqibin adına isə hələ aydınlıq gəlməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest