PSJ-nin hücumçusu Timoti Vea karyerasını "Seltik"də davam etdirə bilər. Matç.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, gənc oyunçu Şotlandiyaya icarə əsasında yollanacaq.

Bildirilib ki, futbolçu özü daimi oyun təcrübəsi qazanmaq üçün icarəyə verilməsini istəyib. Baş məşqçi Tomas Tuxel isə onun bu arzusunu məmnuniyyətlə qəbul edib.

Bu mövsüm PSJ-nin əsas komandasına qoşulan 18 yaşlı forvard Fransa çempionatında iki matça çıxıb və 1 qol vurub.

Qeyd edək ki, Timoti məşhur keçmiş futbolçu, hazırda Liberiya prezidenti olan Corc Veanın oğludur. Atasından fərqli olaraq o, ABŞ millisinin şərəfini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest