2018-ci ildə həm klub, həm də yığma səviyyəsində meydana çıxmış oyunçuların balları toplanaraq, rəmzi komanda tərtib edilib

İdman analitika təşkilatı "İnStat" geridə qoymaqda olduğumuz ilin ən yaxşı oyunçulardan ibarət heyəti açıqlayıb. Peşəkar statistika ilə məşğul olan şirkət 2018-ci ildə həm klub, həm də yığma səviyyəsində meydana çıxmış oyunçuların ballarını toplayaraq rəmzi komandanı tərtib edib.

"İlk 11"lik aşağıdakı kimi təşkil olunub.

Qapıçı: Uqo Lloris ("Tottenhem", Fransa millisi, 307 bal)

Müdafiəçilər: Emerik Laport ("Mançester Siti", Fransa, 322), Vircil Van Dayk ("Liverpul", Hollandiya, 325), Mats Hummels ("Bavariya", Almaniya, 338)

Yarımmüdafiəçilər: Pol Poqba ("Mançester Yunayted", Fransa, 329), Joao Kanselo ("Yuventus", Portuqaliya, 327), Neymar (PSJ, Braziliya, 423), Eden Azar ("çelsi", Belçika, 344), Anxel Di Mariya (PSJ, Argentina, 335)

Hücumçular: Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya, 360), Lionel Messi ("Barselona", Argentina, 420)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest