Fevralın 1-də və 2-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmaları  keçiriləcək. Matc.az xəbər verir ki, "Neftçi" ikinci oyun günü "Zirə"ni qəbul edəcək. 

Samir Abasovun qarşısına nəinki keçmiş komandasını udmaq, ümumiyyətlə, kuboku qazanmaq vəzifəsi qoyulub. Bu, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun Kamran Quliyevdən, klub prezidentinin də baş məşqçidən tələbidir. Hətta neft şirkətindən "ağ-qaralar"ın düşərgəsinə ismarıc göndərilib ki, məqsəd yerinə yetirilməyəcəyi təqdirdə, islahatların növbəti dalğası başlayacaq.
 
Bundan öncə Ceyhun Sultanovla Füzuli Məmmədovu "xərcləyən" Quliyev anlayır ki, indi növbə ona yaxınlaşır. çünki Abasov yeni gəlib, heç 3 ay deyil ki, komandanı sərəncamına alıb.
 
SOCAR istənilən halda mövsümün sonunadək onu gözləyəcək. Klub prezidentinin isə artıq belə bir lyuksu qalmayıb, olan-qalan "limit"ini hələ mövsümün ilk yarısında bitirib.
 
"Neftçi" kuboku qazanarsa, hər bir futbolçusuna 5000 manat mükafat verəcək. Bu qayda öncədən təsbit olunub. Lakin Samir Abasov mükafatla razılaşmır, hesab edir ki, fond məbləği çox aşağıdır. Baş məşqçi ayrılan vəsaitin iki dəfə artırılmasını istəyib. Amma klub rəhbərliyi onun mövqeyinə məhəl qoymayıb. sportinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest