"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ev oyununa çıxan U-19 Gənclər Liqasında "Keşlə"ni 5:0 hesabı ilə məğlub edib.

U-17 öz meydanında "Sabah"a uduzub - 0:1. ROİL-in (Bakı) qonağı olan U-16 səfərdən 12 cavabsız qollu qələbə ilə dönüb. "Qəbələ" U-15 Liqasında da 3 xala sevinib. Komanda "Qarabağ"la ev görüşündə qalib gəlib - 3:1.

Paytaxt zonasında çıxış edən U-14 "Şüvəlan"ı 4:2, U-13 isə İsgəndər Cavadov BFA-nı 8:0 hesabı ilə məğlub edib. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında oynayan U-12, U-11 və U-10 da növbəti matçlarına çıxıb. "UGİM Qəbələ" və "Qəbələ" arasında U-12 Liqasında keçirilən oyunda sonuncular 5 cavabsız qol vurub.

"UGİM"lə (İsmayıllı) görüşən U-11 meydandan 11 cavabsız qol və 3 xalla ayrılıb. Klubun U-10 Liqasındakı təmsilçilərindən ikisi də qalib gəlib. "UGİM Yevlax"la üz-üzə gələn "UGİM Qəbələ" 6:1, "UGİM Rabitəçi"ylə (Yevlax) qarşılaşan "Qəbələ" 5:1 hesablı qələbə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest