AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən ilcasında müxtəlif liqalarda baş vermiş neqativ hallar müzakirə edilib. Matç.az saytının məlumatına görə, iclasda bəzi qərarlar qəbul olunub.

Oktyabrın 6-da keçirilmiş Region Liqasının "Araz" (Saatlı) – "Gənclik" (Sabirabad) görüşünün 45-ci dəqiqəsində qonaqların oyunçusu Rəsul Sadıqlı və meydan sahiblərinin üzvü Asəf Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 3 oyunluq cəzalandırılıb. Görüş başa çatdıqdan sonra "Araz"ın qapıçısı Elnur Alməmmədli hakimi təhqir etdiyindən, ona da 3 oyunluq cəza kəsilib.

Həmin gün futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasında baş tutan U-19 – AZMİU oyununun 23-cü dəqiqəsində ikincilərin futzalçısı İman Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest