Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
öncə "Valyadolid" "Levante" ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinən tərəf olublar.
 
"Vilyarreal" səfərdə "Jirona"nı minimal hesabla üstələməklə növbəti 1/4 finalçı olub.
 
Günün digər matçı "Betis"lə "Real Sosyedad" arasında baş tutub. Qələbəni əlavə vaxtda təmin edən "Betis" növbəti mərhələyə yüksəlib.
 
İspaniya kuboku
1/8 final
 
26 yanvar
 
Valyadolid – Levante – 2:4
Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.
 
Jirona - Vilyarreal 0:1
Qol: Pino, 19.
 
Betis – Real Sosyedad 3:1
Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.
 
27 yanvar
 
22:00. Sevilya – Valensiya
00:00. Almeriya – Osasuna
00:00. Rayo Valyekano – Barselona
 
28 yanvar
 
22:00. Navalkarnero – Qranada
00:00. Alkoyano - Atletik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest