Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Hasan Ayaroğlunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.
 
Hasan Ayaroğlu son olaraq "Alanyaspor"un formasını geyinib. O, daa öncə "Ankaragücü", "Əskişəhərspor" və "Kastamonuspor"un da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest