Sabah futbol üzrə UEFA Gənclər Liqasında 2020-2021-ci illər mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.
 
Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə çempionlar Liqası yolu və çempionlar yolunda 1/32 final mərhələsinin cütləri bəlli olacaq.
 
AFFA-nın keçirdiyi Gənclər Liqasında Azərbaycan çempionu olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının da rəqibi müəyyənləşəcək.
 
Püşkatmadan öncə UEFA iştirakçıları qruplara bölüb. Hər qrupda yer alan 8 komanda püşkdə 4 cüt təşkil edəcək. "Qəbələ" çempionlar yolunda 4-cü qrupa daxil edilib. "Qırmızı-qaralar"ın potensial rəqibləri "çertanovo" (Rusiya), "Dinamo" (Minsk, Belarus), "Kayrat" (Qazaxıstan), "Makkabi" (Hayfa, İsrail), "Lüdororets" (Bolqarıstan), "Şkendiya" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarıdır.
 
Xatırladaq ki, martın 2-3-də keçiriləcək 1/32 final mərhələsi bir oyundan ibarətdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest