"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi "Qalatasaray"a qayıda bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu yayda azad agent kimi, Türkiyə klubu ilə anlaşmağa yaxındı.

İstanbul nəhəngi gələn həftə futbolçunun özü və meneceri ilə bir araya gələcək. Almaniya klubunun idman direktoru Hasan Salihamidziç bir neçə gün əvvəl açıqlamasında gələn yay Riberi ilə vidalaşacaqlarını söyləyib. 2007-ci ildən Münhen təmsilçisinin formasını geyinən 35 yaşlı hücumameyilli oyunçu özü də "Qalatasaray"a qayıtmaqda maraqlıdı.

Qeyd edək ki, Frank Riberi 2005-ci ildə qısa müddət "Qalatasaray"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest