Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Mustafa Dalcı çalışdıracaq.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
 
“Ankarügücü” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 19 oyunda 18 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest