"Açığı, bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdı". Matç.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov deyib.

Onun formasını geyindiyi "Proyssen" klubu Almaniya III Bundesliqasının XX turunda öz meydanında "Fortuna"ya yenilib - 0:2. Bununla çempionatda ardıcıl 4-cü məğlubiyyətini alan Münster təmsilçisi turnir cədvəlinin 7-ci pilləsinə yuvarlanıb.

Son qarşılaşmada 90 dəqiqə meydanda olan Dadaşov Almaniya mətbuatına açıqlamasında özlərini tənqid edib: "çox zəif çıxış etdik. Meydanda sərgilənən oyun qəbuledilən deyil. Heç bir ehtiras hiss olunmur. Belə vəziyyətdə qələbə qazana bilməzsiniz. Uzun bir ilk mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışı yüksək qiymətləndirə bilmərəm. Bəlkə də, bir qədər bəxtimiz gətirmədi. çünki hər xırda səhvdən sonra cəzalanırdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest