İngiltərənin "Lester Siti" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki "tülkülər"in hücumçusu Ceymi Vardi zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Brendan Rocers "Sky Sports"a açıqlamasında deyib. Rocers, Vardinin yaxın zamanda əməliyyat olunacağını və bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
 
Vardi bu mövsüm Premyer Liqada 18 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest