17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.
 
Qarşılaşmalar 5 - 12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest