Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi xorvat hücumçu Anton Maqliçanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu müddəti mövsümün sonunda bitəcək müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Osiyek"də başlayan Maqliça, "Hayduk" (Split) və "Apollon"da (Limassol) da oynayıb. 2019-cu ildən isə o, çinin ikinci liqa təmsilçisi "Henfen"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest