Abbasov ölkə xaricindən oyunçu gətirməyə çalışdıqlarını da sözlərinə əlavə edib: "2-3 azərbaycanlı futbolçu ilə danışığımız gedir. Onları bura gətirə bilsək, heyətdən daha 1-2 nəfərlə yollarımızı ayıracağıq".

"Hələlik yalnız Orxan Əliyev və Orxan Sadıqlı ilə yollarımızı ayırmışıq". Bu sözləri matç.az saytına açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

"Gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Bəxtiyar Həsənalızadə ilə "Zirə"nin müdafiəçisi Adil Nağıyevin əks marşrut üzrə hərəkət edəcəyini istisna etməyib: "Açığı, "Zirə" bizə rəsmi təklif etdi. Onlar Bəxtiyar Həsənalızadəyə qarşılıq Adil Nağıyevi verməyə hazırdı. Bəxtiyarla söhbətim olacaq. Getmək fikri varsa, saxlamayacam. Adilin də gəlməsini istərdim".

Abbasov ölkə xaricindən oyunçu gətirməyə çalışdıqlarını da sözlərinə əlavə edib: "2-3 azərbaycanlı futbolçu ilə danışığımız gedir. Onları bura gətirə bilsək, heyətdən daha 1-2 nəfərlə yollarımızı ayıracağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest