İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.
 
Matc.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.
 
Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib.
 
Qeyd edək ki, "Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb. Bir sözlə, bu texniki məğlubiyyət onsuz da ciddi bir əhəmiyyət daşımayıb.
 
"Roma" bu mövsüm ikinci dəfə texniki məğlubiyyətlə cəzalanır. Komanda A Seriyasının 1-ci turunda da Amadu Diavaranın sifariş ərizəsində olmadığı halda "Verona" ilə oyunda meydana buraxılması səbəbindən 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest