"Bəlkə də bu, problem idi. Pandemiya vəziyyətini 1 ay başa düşmək olar. Hamımızın ailəsi var, heç kəsin də biznesi yoxdur"

"Zədələnmişdim, oynamırdım. Baş məşqçi Yunis Hüseynov mənə heç nə bildirmədən başqasına demişdi ki, ona şans verməyəcəm. Bunu öyrəndim və ayrılmaq haqqında düşünməyə başladım". Matc.az xəbər verir ki, bunu  "Keşlə"dən ayrılan özbəkistanlı futbolçu Şohrux Qadoyev deyib.
 
O, 3-4 ay maaş almadığını da bildirib: "Klubda problem maaşla bağlı idi. 3-4 ay idi ki, bütün futbolçular maaş almırdı. Bəlkə də bu, problem idi. Pandemiya vəziyyətini 1 ay başa düşmək olar. Hamımızın ailəsi var, heç kəsin də biznesi yoxdur. Sadəcə, klubdan maaş alırdıq. İki ay Bakıda qaldım ki, maaşımı alam. Gözlədim və pulumu alıb ayrıldım". (futbolinfo.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest